metro
Ölkə
28.08.2026 | 19:41

Bakı metrosunda həyəcan dolu anlar: Sərnişin qatar yoluna düşdü

Bu gün saat 18:40 radələrində “Əhmədli” stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım briqadası çağırılıb.

Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN