“Əsrin ortalarına qədər uşaq və yeniyetmələrin təxminən 40%-i miopiyadan (yaxını görməmə) əziyyət çəkə bilər”.
Bunu Gazeta.ru-ya rusiyalı həkim-oftalmoloq Angelina Kazantseva deyib.
“Qlobal miqyasda verilən proqnozlar həqiqətən də diqqətəlayiqdir: klassik ehtimallara əsasən, 2050-ci ilə qədər miopiya təqribən 4.9 milyard insana, yəni dünya əhalisinin təxminən yarısına təsir göstərə bilər.
Sonrakı araşdırmalar da uşaqlar və gənclər arasında miopiyanın daha da yayılacağını göstərir. Məsələn, 2050-ci ilədək uşaqların təxminən 40%-də – 740 milyon nəfərdən çoxunda bu vəziyyət müşahidə oluna bilər”, – deyə mütəxəssis qeyd edib.
Şərhlər
Bu xəbərə ilk şərhi siz yazın.