İsveçrədə yaxın vaxtlarda gözlənilən isti hava ölkədə yanğın riskinin artmasına səbəb olacaq.
Bu barədə İsveçrə Federal Metereologiya və İqlimşünaslıq İdarəsi (“Meteo Suisse”) məlumat yayıb.
İsveçrənin demək olar ki, bütün ərazisində dördlükdən ibarət təhlükəli yanğın təhlükəsi şkalasının sondan əvvəlki, dördüncü səviyyəsi tətbiq edilib. Sürix və Bazel də daxil olmaqla bir sıra kantonlarda maksimum yanğın təhlükəsi elan olunub.
İyulun 29-da ölkəni yeni istilik dalğası bürüyəcək. Hava temperaturu +37°C-ə qədər yüksələcək, bəzi kantonlarda isə +39°C təşkil edəcək. Bundan əlavə, İsveçrədə kəskin su qıtlığı müşahidə olunur, keçən ildırımlar isə torpağın aşağı qatlarını lazımi səviyyədə nəmləndirə bilməyib.
Bir sıra kantonların hakimiyyət orqanları tonqalların qalanmasını və feyerverklərin buraxılmasını qadağan ediblər. Cenevrədə İsveçrənin Milli Günü münasibətilə avqustun 1-də keçirilən ənənəvi salyutdan imtina oluna bilər.