Əsas məzmuna keç
9ki6f4reoktov339n34q
Ölkə
10.10.2026 | 22:29 142

Basqalın evləri niyə zəlzələdə dağılmırdı? - Leyla Mirzənin reportajı (VİDEO)

Təsəvvür edin, bir kəndə gəlirsiniz və burada müasir dünyanın səs-küyü sanki arxada qalır. Daş küçələr, əsrlərin izini daşıyan evlər və nəsildən-nəslə ötürülən sənət… Bura Basqaldır!
Bu evlər əsrlərdir ayaqdadır. Bəs onları zəlzələdən qoruyan nə olub?
Cavabını tapmaq üçün Basqala gəlmişik.

İsmayıllının bu qədim yaşayış məskənində evlərin tikintisində zəlzələyə davamlılığı artıran maraqlı üsuldan istifadə olunub. Divarların arasına taxta qurşaqlar yerləşdirilib. Bu üsul tikililərin zəlzələ zamanı daha dayanıqlı olmasına kömək edib.

Amma Basqalın sirri bununla bitmir.

Daş küçələri, qədim məhəllələri və əsrlərdir yaşadılan kəlağayı sənəti bu məkanı fərqləndirir.

Burada gəzdikcə hiss edirsən ki, Basqal sadəcə qədim kənd deyil — keçmişin izlərini bu günə daşıyan canlı bir tarixdir.

Leyla Mirzə

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.