Səsə doğru gedirik…
Çünki Lahıcın hekayəsi çəkic səsləri ilə başlayır.
Burada mis ustasının çəkic səsi bizi qarşılayır. Mis ustanın əlində formaya düşür, hər zərbə ilə üzərində yeni bir naxış yaranır. Amma bu hekayə təkcə misgərlikdən ibarət deyil.
İsmayıllının dağlarında yerləşən Lahıcda əsrlərin izi bu gün də yaşayır. Daş döşənmiş küçələr, qədim evlər, sənətkarlıq dükanları və dar keçidlər kəndə tamam başqa ab-hava verir.
Bir küçədən keçərkən bir sənətkarın işini izləyirsən, digər tərəfdə isə başqa bir sənətin izinə rast gəlirsən. Burada sənət sadəcə nümayiş etdirilmir — yaşadılır.
Lahıcın özünəməxsus mətbəxi, qədim su və kanalizasiya sistemi, sənətkarlıq ənənələri də bu kəndin tarixinin ayrı-ayrı səhifələridir.
Ən maraqlısı isə budur: Lahıcda keçmişlə bu gün bir-birindən ayrılmır.
Bir addım atırsan — tarixlə qarşılaşırsan. Bir qapı açılır — başqa bir sənətin hekayəsi başlayır.
Biz də bu dəfə həmin hekayənin izinə düşüb Lahıcı addım-addım kəşf etdik.
Leyla Mirzə
Şərhlər
Bu xəbərə ilk şərhi siz yazın.