2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi ilə əlaqədar növbəyə yazılma prosesi müvəqqəti dayandırılacaq.
5 avqust 2026-cı il tarixindən etibarən məktəbəqədər təhsil müəssisələrində yeni növbələrin yaradılması müvəqqəti olaraq dayandırılır.
Bildirilib ki, qrupların komplektləşdirilməsi başa çatdıqdan sonra boş qalan yerlər üzrə qəbul il ərzində davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “mygov” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.