81 yaşlı deputatın şəxsi həyatında gözlənilməz dəyişiklik!
Liman.az xəbər verir ki, uzun illər Azərbaycanın mədəniyyət naziri, ölkəmizin Rusiyadakı keçmiş səfiri kimi fəaliyyət göstərən Polad Bülbüloğlunun ailə həyatı ilə bağlı yeni məlumat yayılıb.
Məlumata görə, Bülbüloğlu 1997-ci ildə nikaha girdiyi Gülnarə Şıxəliyevadan boşanıb. Ancaq onun subaylığı uzun çəkməyib.
İddialara görə, deputat artıq başqa xanımla ailə həyatı qurub. O, yeni həyat yoldaşı ilə Qəbələdə keçirilən musiqi festivalında görüntülənib. Festivaldan sonra isə cütlüyün Bodruma istirahətə yollandığı bildirilir.
Bəs Polad Bülbüloğlunun yeni həyat yoldaşı kimdir? Onun kimliyi hələlik açıqlanmır.
Məsələ ilə bağlı Gününsəsi.info-nun deputatın özündən açıqlama almaq cəhdləri isə nəticəsiz qalıb. O, zəng və mesajlara cavab verməyib.