İdman
09.10.2026 | 22:11 10

“Neftçi”dən “Qarabağ”a atmaca

Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Neftçi” – “Sabah” oyununda meydan sahibləri növbəti turda üz-üzə gələcəkləri “Qarabağ”a söz atıb.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma başa çatan kimi Bakı klubunun diktoru növbəti matçın anonsunu verib.

Anonsda “Komandamız növbəti oyununu tarixi arenamız Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı keçirəcək” sözləri yer alıb.

Qeyd edək ki, “Qarabağ” uzun müddətdir ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN