İran mediası Müctəba Xameneinin bu günə qədər heç bir səs yazısını yayımlamaqdan çəkinməsinin arxasında duran əsas səbəb təhlükəsizliklə bağlı olan məqamlardır.
Telegramda yayımlanan videoda iddia edilir ki, Xamenei səs yazısını paylaşmaqdan belə çəkinir. Çünki müasir kəşfiyyat metodlaırndan istifadə etməklə səs yazıları yer və texniki məlumat əldə etmək mümkündür.
İran mediasının vurğuladığı ən vacib elementlərdən biri də hər bir qapalı məkanın özünəməxsus akustik səsə malik olmasıdır. Qabaqcıl proqram təminatı səs yazılarındakı əks-səda və tezliklərin təhlili səs yazısının aparıldığı otağın memarlıq detallarını ortaya qoymağa imkan verir. Bundan əlavə, binalardakı elektrik şəbəkələrindən gələn mikrosəslər dəqiq tarixi, vaxtı və hətta səs yazısının qoşulduğu elektrik şəbəkəsini də deşifrə edə bilər. Başqa bir məqam ondan ibarətdir ki, mikrofon və ya səsyazma cihazı tərəfindən yaradılan harmonik təhriflər cihazı müəyyən edən rəqəmsal barmaq izi kimi çıxış edir.
Səs yazılarının əks-səda və rezonans xüsusiyyətlərindən istifadə etməklə, söhbətin aparıldığı mühitin texniki xüsusiyyətləri və yeri haqqında ətraflı məlumat əldə etmək mümkündür.
Nəhayət, təhlildə səs yazılarındakı nəfəs alma qaydalarının, nitq intervallarının və rezonans məlumatlarının insanın fiziki vəziyyəti, stress səviyyəsi və ürək döyüntüsü haqqında nəticələr çıxarmağa imkan verə biləcəyi iddia edilib.
“Hamsheri” Telegramının gəldiyi qənatə ondan ibarətdir ki, bütün bu amillər nəzərə alındığı üçün Müctəba Xameneinin indiyədək heç bir səs yazısı yayımlanmayıb.