Bunu Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan bildirib.
A.Vəfalı 89 yaşında dünyasını dəyişib.
Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Azərbaycanın Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil alıb (1954–1959).
Mərhum şair əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında başlayıb. Burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, baş redaktorun müavini olub (1960–1976). “Ulduz” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində işlədikdən sonra (1976–1977), yenidən “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1977–1978), məsul katib (1978–1993), baş redaktorun müavini (1993–1996) vəzifələrində çalışıb. 1996–2014-cü illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru olub.
Allah rəhmət etsin!

Şərhlər
Bu xəbərə ilk şərhi siz yazın.