Daşqın Əzizov
Ölkə
15.08.2026 | 22:19

Qazi jurnalist Daşqın Əziz kimdir?

Daşqın Mehdi oğlu Əzizov 1995-ci il 2 iyul tarixində Şəki rayonunun Oraban kəndində anadan olub.

Daha sonra ailəsi ilə birgə Abşeron rayon Xırdalan şəhərinə köçən Daşqın Əzizov orta təhsilini Xırdalan şəhər 2 saylı tam orta məktəbdə alıb. 2012-ci ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunub. Tələbəlik illərində artıq mətbuat sahəsində fəaliyyət göstərməyə başlayıb. Müxtəlif idman xəbər saytlarında, radioda çalışıb.

2016-cı ildə ali təhsilini başa vuran Daşqın Əzizov həmin ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini başa vurduqdan sonra da jurnalistika fəaliyyəti ilə məşğul olub.

2020-ci ilin 27 sentyabrında 2-ci Qarabağ müharibəsi başlayarkən Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik” haqda Sərəncamı ilə ehtiyatdan ordu sıralarına cəln olunub. Quru Qoşunlarının tərkibində təlimlərə qatıldıqdan sonra oktyabr ayının ortalarında Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində müdafiə və mühafizənin təşkil olunmasında iştirak edib.

Daşqın Əzizov noyabrın 6-da Şuşa istiqamətində döyüşlərə qatılıb. O, noyabrın 8-də Xankəndi istiqamətində gedən şiddətli döyüşlərdə odlu silah yaralanması alıb.

Müharibədən sonra Prezident İlham Əliyevin müvafiq Fərmanları ilə “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə”, baş nazir Əli Əsədovun Fərmanı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Aldığı travmalardan dolayı şəxsinə 3-cü qrup əlillik təyin edilib.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN