Əsas məzmuna keç
screenshot_2
Hadisə
10.10.2026 | 10:39 724

Masazırda 4 avtomobil külə döndü

Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə “Yeni Bakı” yaşayış massivində yerləşən yaşayış komplekslərindən birinin həyətində baş verib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar:

“Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili qismən yanıb. Yüksək temperaturun təsirindən BAIC markalı minik avtomobilinin arxa işığı qismən əriyib”.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.