Dünya
02.08.2026 | 12:07

Ermənistan parlamentinin ilk iclası dava ilə başladı - Həsənov deputatları hədələdi

Ermənistanın 9-cu çağırış parlamentinin ilk iclası tarixdə ilk dəfə olaraq bütün ermənilərin katolikosunun dəvət olunmaması səbəbindən qalmaqalla başlayıb.

İclas parlamentin “YouTube” kanalında canlı yayımlanır.

Ermənistan qanunvericiliyinə görə, ölkə Prezidenti və bütün ermənilərin katolikosu birinci iclasın açılışında salamlama nitqi söyləmək hüququna malikdirlər. Sonuncunun iştirak etməməsi müxalifət qüvvələri arasında narazılığa səbəb oldu.

Müxalifəti təmsil edən parlament üzvləri yerlərindən qalxaraq qışqırmağa başlayıblar. Onlar “Katolikos haradadır?” deyə sual edəndə n sonra salonda söz davası işə düşüb.

İclasa sədrlik edən parlamentin ən yaşlı üzvü olan Knyaz Həsənov səs-küy salanlara xəbərdarlıq edib. O deyib ki, deputatlar iclasın gedişinə belə müdaxilə edəcəkləri təqdirdə onlara xəbərdarlıq olunacaq. Həsənov həmin şəxslərin ikinci dəfə qayda pozacaqları təqdirdə onlara qarşı daha sərt tədbirlər görəcəyi ilə hədələyib. Daha sonra müxalifət üzvləri sakitləşib.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN