Əsas məzmuna keç
1791822073 whatsapp image 2026 10 12 at 19.59.44
Ölkə
13.10.2026 | 00:19 61

DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi

Oktyabrın 10-da Abşeron rayonunun Masazır qəsəbəsində avtomobilləri yandıranlar saxlanılıb.
Özgə əmlakını qəsdən məhv edənlər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən tutulublar.

Bu hadisənin videoları mediada geniş rezonans doğurmuşdu. Artıq qeyd olunan cinayətin icraçı və sifarişçiləri DTX əməliyyatçıları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək və tutulublar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq hərəkətləri aparılır, dəlil və sübutlar toplanır.

Həbs edilən şəxslərin adları və cinayətin motivi açıqlanmır.

Qeyd edək ki, yanğın nəticəsində “Mercedes”, “Lada” və “Hyundai” markalı minik avtomobillərinin yanar hissələri, həmçinin “Renault” markalı minik avtomobili tamamilə yanaraq kül olub.

Yüksək temperaturun təsirindən “Baic” markalı minik avtomobilə də ciddi ziyan dəyib.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.