abşeron xəstəxanası
Ölkə
14.08.2026 | 10:31

Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI

Abşeron Rayon Mərkəzi Xəstəxanasında (RMX) “Ana-uşaq” pəncərəsi önündə uzun növbə yaranıb.

Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.

Şikayətə əsasən, növbənin əsas səbəbi valideynlərin məktəb və idman məşğələləri ilə bağlı sağlamlıq arayışı almaq üçün xəstəxanaya müraciət etmələridir.

Vətəndaşların birpəncərəli Abşeron xəstəxanasında SINAĞI - FOTO - VİDEO

Bildirilib ki, bu xidmət üçün iki pəncərə nəzərdə tutulsa da, hazırda onlardan yalnız biri fəaliyyət göstərir. Bu isə vətəndaşların saatlarla növbədə gözləməsinə səbəb olur.

“İşləyən pəncərənin qarşısına maneə qoyulub və vətəndaşlar bir-bir pəncərəyə yaxınlaşa bilirlər. Digər pəncərənin fəaliyyət göstərməməsinin səbəbini soruşduqda isə səbəb kimi əməkdaşın məzuniyyətdə olduğunu bildirdilər”, – deyə şikayətdə qeyd olunub.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN