Sağlamlıq
09.10.2026 | 19:31 12

Heç bir əlamət olmadan kor ola bilərsiniz -VİDEO

Gözünüz ağrımırsa, bu, sağlam olduğu demək deyil!

Təsəvvür edin, heç bir ağrınız yoxdur, görməniz də normaldır. Amma gözünüzdə elə bir xəstəlik inkişaf edir ki, bundan xəbəriniz belə yoxdur.

Bəs insan heç bir əlamət hiss etmədən kor ola bilərmi?

Ümumdünya Görmə Günü ilə əlaqədar Azərsun Holdinqin təşkilatçılığı, Azərbaycan Sənaye Sığortanın dəstəyi və Batı Göz Klinikasının iştirakı ilə media nümayəndələri üçün maarifləndirici görüş keçirilib. Tədbir çərçivəsində həkim göz sağlamlığı ilə bağlı təqdimat edib, iştirakçıların suallarını cavablandırıb və göz müayinələri aparılıb.

Həkimin sözlərinə görə, bəzi göz xəstəlikləri heç bir əlamət vermədən inkişaf edə bilər. Məsələn, göz təzyiqinin yüksəlməsi görmə sinirini tədricən zədələyə, vaxtında aşkarlanmadıqda isə görmə qabiliyyətinin ciddi şəkildə itirilməsinə səbəb ola bilər. Göz daxilinə qan sızması da bəzi hallarda qəfil görmə zəifliyi yarada bilər.

Bəs gözlərimizi bu təhlükələrdən necə qoruya bilərik?

Heç bir şikayətiniz olmasa belə, müntəzəm göz müayinəsini unutmayın!

Leyla Mirzə

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN