Əsas məzmuna keç
5f937793-8f3e-4e3f-b70f-07c7f695b808
Ölkə
24.08.2026 | 22:58 991

Ana və iki övladı eyni gündə tələbə oldu

Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndində yaşayan Mirzəyevlər ailəsi bu gün 3 qat sevinc hissi yaşayır.
Ailənin üç üzvü ,ana və iki övladı eyni vaxtda tələbə adını qazanıblar.

39 yaşlı ana Ülkər Mirzəyeva Sumqayıt Dövlət Universitetinin “Sosial iş” ixtisasında təhsil alacaq. Övladları isə yüksək ballarla ali təhsil müəssisələrinə daxil olublar.

Belə ki, Qızı Məryəm Mirzəyeva 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, oğlu Mövlud Mirzəyev isə 570 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsinə qəbul olunub.(Modern.az)

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.