Dünya
06.08.2026 | 21:52

Türkiyədə FETÖ əməliyyatı - Polkovnik gizləndiyi yerdə ələ keçirildi

Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham edilən və barəsində qüvvəyə minmiş həbs cəzası olan işdən çıxarılmış polkovnik Kocaelinin Gölcük rayonunda saxlanılıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Kocaeli Vilayət Polis İdarəsindən verilən açıqlamaya görə, axtarışda olan şəxslərin tutulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində FETÖ üzvü olduğuna görə 6 il 3 ay müddətinə qüvvəyə minmiş həbs cəzası olan işdən çıxarılmış polkovnik B.G.-nin Gölcükdə olduğu müəyyən edilib.

Keçirilən əməliyyatla tutulan məhkum polis idarəsindəki müvafiq prosedurlardan sonra cəzaçəkmə müəssisəsinə göndərilib.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN