Dünya
13.08.2026 | 12:48

Məleykə Abbaszadə açıqladı: Bu il ən şanslı ixtisas qrupu hansıdır?

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında I ixtisas qrupunu seçən abituriyentlər bu il digər qruplarla müqayisədə daha böyük üstünlüklərə malikdirlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial mediada canlı yayım zamanı deyib.

DİM sədri I ixtisas qrupunda pulsuz təhsil imkanlarının geniş olduğunu xüsusi vurğulayıb:

“Birinci qrup bu il çox şanslı qrupdur. Hazırda bu qrup üzrə ayrılmış ümumi plan yerlərinin 75 faizini dövlət sifarişli, yəni ödənişsiz yerlər təşkil edir. Bu, abituriyentlər üçün çox ciddi bir göstərici və böyük imkandır”.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN