Əsas məzmuna keç
mirshahin1
Ölkə
28.08.2026 | 10:25 1. 010

Mirşahin Qurban Qurbanovdan yazdı

Tanınmış jurnalist Mirşahin Ağayev “Qarabağ“ın UEFA Konfrans Liqasında mübarizəni dayandırması ilə bağlı paylaşım edib.

O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“İstəməzdim ki, belə çıxsın: “Qurban Qurbanov köhnəlib; üslubuynan, adamlarıynan…” İstəməzdim ki, Qurban belə zənn edənlərlə barışsın; “bu gün göstərdi ki, Qurban Qurbanov dünəndi, “Sabah” deyil… Söz oyunu kimi görünsə də, söz oyunu deyil… …istəməzdim! Uduzma, təslim olma, Qurban! Ayağa qalx!”, – deyə o bildirib.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın “Tvente” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda vurduğu qollarla hesabı 4:1 edən “Tvente” mərhələ adlayıb, “Qarabağ” isə Avropa ilə vidalaşıb.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.