Ölkə
02.08.2026 | 09:17

Azərbaycanda kartdan-karta köçürmələrə limit tətbiq olunur

Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit tətbiq olunur.
Artıq bununla bağlı vətəndaşlara müştərisi olduqları müvafiq banklar tərəfindən xəbərdarlıq mesajları göndərilir.

Qeyd olunur ki, qərar avqustun 1-dən qüvvədədir. Kart sahibləri artıq gün ərzində 5 dəfə və aylıq isə ümumilikdə 20 min manat olmaqla kartdan-karta pul köçürmələri edə biləcəklər. Bununla yanaşı, vətəndaşların öz hesabları arasında həyata keçirdiyi əməliyyatlar bu limitə şamil edilmir.

Qeyd edək ki, bu qərara qədər Azərbaycanda kartdan-karta köçürmələrdə say limiti yox idi.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN