Əsas məzmuna keç
vvdsonsnifii237qdv2td0zotlyyzr5h6kkdnjwo_1200
Ölkə
07.09.2026 | 14:36 978

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE

Prezidentin Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

O.Xaliyevin dosyesini təqdim edirik:

Osman İsmayıl oğlu Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA (Biznesin təşkili və idarə edilməsi) ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

Yeni sədr 2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

Osman Xaliyev 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib, 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

O, 2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib, 2022-ci il noyabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, bir övladı var.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.