Əsas məzmuna keç
uşaq
Ölkə
27.08.2026 | 13:38 1. 004

Yeni doğulan uşaqlarla bağlı VACİB QƏRAR - TƏBİB

Yeni doğulan körpələrə peyvəndlərin valideyn razılığı olmadan vurulub-vurula bilməməsi məsələsi yenidən gündəmə gəlib. Bəs tibb müəssisəsində valideynə əvvəlcədən məlumat verilmədən peyvənd tətbiq edilərsə, bu, qanun pozuntusu sayılırmı?

“Yeni Sabah” məsələ ilə bağlı TƏBİB-in mövqeyini öyrənib.

Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirib ki, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, vətəndaşların profilaktik peyvəndlərin zəruriliyi, onlardan imtinanın nəticələri və mümkün postvaksinal fəsadlar barədə tibb işçilərindən tam və obyektiv məlumat almaq hüququ var. Toyuqlu pizza

Qanunun 6-cı maddəsinə əsasən isə profilaktik peyvəndlər vətəndaşların razılığı əsasında aparılır. Yetkinlik yaşına çatmayan şəxslərə profilaktik peyvəndlər valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həyata keçirilir.

Beləliklə, TƏBİB-in açıqlamasına görə, valideyn əvvəlcədən məlumatlandırılmadan və onun razılığı alınmadan uşağa profilaktik peyvənd vurulması qanunauyğun hesab olunmur.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.