şərurlu isfəndiyar
Ölkə
12.08.2026 | 13:41

Rektor vəzifəsini icra edən Şərurlu İsfəndiyarla bağlı açıqlama: "Akademik göstərici mütləqdir"

“Şərurlu İsfəndiyar” kimi tanınan məşhur iş adamı İsfəndiyar Axundovun təhsil müəssisələri ilə bağlı çıxışı müzakirələrə səbəb olub. Belə ki, o verilişdə böyük məktəb tikintiləri ilə məşğul olduğunu və hazırda müəssisələrdən birinin rektoru vəzifəsində olduğunu qeyd edib. Bu isə təhsilsiz şəxsin necə rektor olması sual doğurub. İş adamı “Rektor, sadəcə bir vəzifədir, təhsilə aidiyyatı yoxdur” cavabını verib.

Mövzu ilə bağlı açıqlama verən təhsil-karyera mütəxəssisi Əhməd Əliyevin sözlərinə görə, idarəçi və lider anlayışı var, rektor lider olmalıdır.

O bildirib ki, idarəçi isə müəyyən prosesləri idarə edəndir: “Lider o proseslərin içərisində yanında olan insanlarla idealı və hədəfi uğrunda çalışandır. Lider həm də idarəçidir. İkinci məsələ dünyagörüşü, böyümə kültürü, insani keyfiyyətləri olmalıdır”.

 

Mütəxəssis qeyd edib ki, akademik bilgilər olmadan yol göstərmək çətindir: “Bilgi olmadan təcrübə ilə hərəkət etmək çətindir. Çünki mənim təcrübələrdən aldığım bilgi və nəticələr sizinkilərlə uyğun olmaya bilər, hər insan individualdır. Adademik bilgi ortaq təcrübədir və bu əsas şərtlərdən biridir. Təhsil müəsisəsində rektor olmaq üçün, əlbəttə, ali akademik dərəcə olmalıdır. Akademik göstərici mütləqdir”.

 

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN