xəstəxana
Ölkə
26.08.2026 | 19:54

Qan analizini səhv aparıblar - Dövlət xəstəxanası cərimələndi

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın həkim-laborantı götürülmüş qan nümunəsinin analizini səhv aparıb.

O, qan qrupunu B (III), rezus faktorunu isə Rh(+) müəyyən edib.

Lakin sonradan digər tibb müəssisələrində aparılmış müayinələrdə həmin şəxsin qan qrupunun B(III) Rh(-) olduğu müəyyən edilib.

Məhkəmə tibbi ekspertizaın rəyində də Abbas Səhhət adına xəstəxananın həkim-laborantının səhvi sübuta yetirilib. Rəsmi rəyə görə, laborator müayinədə qanın rezus faktorunun düzgün müəyyən edilmədiyi, sonrakı müayinələrdə kreatinin artımı, CRP yüksəkliyi, D-dimer artımı və anemiyanın davam etməsi müşahidə olunub. Həmin nəticələrin qanda rezus mənsubiyyətinin fərqli olması ilə aparılmış hemotransfuziya hesabına yarana biləcəyi, ilkin laborator müayinənin texniki qüsurlu icrasının sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər kimi qiymətləndirildiyi göstərilib.

Gəncə şəhər prokuroru tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya şəhər məhkəməsində baxılıb. Məhkəmə xəstəxananın vəzifəli şəxsini 1000 manat inzibati qaydada cərimə edib.

Qeyd edək ki, sözügedən xəstəxana TƏBİB-in tabeleyindədir

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN