Əsas məzmuna keç
1789124285_1787559800_1787147860_1786613770_1780638098_pasinyan
Dünya
11.09.2026 | 13:21 986

Paşinyandan həyacan təbili: “Bu, Azərbaycana müharibə elan etməkdir”

“Kimsə Kərki kəndinin Ermənistana aid olduğunu deyirsə, səhv düşünür. Bunun əleyhinə çıxanların məqsədi müharibəni qızışdırmaqdır”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Kərki kəndi də digər anklavlar kimi Ermənistanın beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometrlik ərazisinin bir hissəsi deyil.

N.Paşinyan əlavə edib ki, faktı demək bir şeydir, yerində həll isə tamamilə başqa şeydir: “Hazırda razılaşma yoxdur. Mənim əsas vəzifəm normal həllərə nail olmaq üçün gərginliyi sakitləşdirməkdir. Amma kimsə Kərkinin Ermənistanda olduğunu deyirsə, bu, ərazinin 29.743 kvadrat kilometr deyil, məsələn, 29.750 kvadrat kilometr olduğunu deməkdir. Bu, müharibə elan etmək deməkdir”.

Bununla belə Baş nazir söyləyib ki, Ararat Tiqranaşen (Kərki-red.) icması olub və olacaq, amma hansı sərhədlər daxilində və harada olması tamamilə başqa məsələdir.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.