Dünya
08.09.2026 | 13:00 2

Türkiyədə dəbdəbəli toy edən "Vanlı Kara Haydar" saxlanıldı: Məclisdə taxılan qızıllar araşdırılır

Türkiyədə sosial şəbəkələrdə “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalan barəsində sosial media paylaşımlarına görə Van Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin (TCK) 301-ci maddəsi ilə istintaq başlanıb.

Məlumata görə, Mehmet Fatih Tançalan gecə saatlarında saxlanılıb. Tançalana məxsus olduğu iddia edilən sosial media paylaşımlarında türk millətinin, Türkiyə dövlətinin, dövlət qurumları və orqanlarının təhqir edildiyi iddia olunur. Həmçinin onun toyunda hədiyyə olaraq taxılan külli miqdarda qızılların mənbəyi ilə bağlı da araşdırmaya başlanılıb. Məhkəmə orqanları MASAK-dan (Maliyyə Cinayətləri İstintaq Şurası) araşdırma tələb edib.

Tançalanın Vanın Muradiye rayonundakı evində əməliyyat keçirilib və daha əvvəl onun haqqında 25 cinayət halı ilə bağlı qeydlərin olduğu məlum olub.

O, Van Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin qrupları tərəfindən polis bölməsinə gətirilib. Qızıllar başda olmaqla, onun mal varlığının mənbəyini müəyyən edilməsi üçün maliyyə araşdırması prosesi işə salınıb.

Tançalanın polis bölməsindəki məhkəmə prosesləri davam edir. Prosedurlar başa çatdıqdan sonra onun Van Baş Prokurorluğuna göndərilməsi gözlənilir.

Həm məhkəmə istintaqı, həm də maliyyə istintaqı prosesi ilə Baş Prokurorluq məşğul olur.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN