Dünya
05.08.2026 | 10:59

Atasının pensiyasını almaq üçün cəsədini illərlə soyuducuda saxladı

Polis 90 yaşında ölən atasının təqaüdünü almaq məqsədi ilə cəsədini illərlə otelin zirzəmisindəki dondurucuda saxlayan şəxsi həbs edib. Hadisə Yunanıstanın Sparta şəhəri yaxınlığındakı Mistras kəndində baş verib. Cinayətin üstü kənd sakinlərinin uzun müddətdir xəbər ala bilmədikləri yaşlı bir kişi barədə səlahiyyətlilərə verdiyi məlumat nəticəsində açılıb.

Məlumata əsasən hərəkətə keçən polis yaşlı kişinin cəsədini ailəyə məxsus tərk edilmiş otelin zirzəmisindəki soyuducuda tapıblar.

Polis açıqlamasında 90 yaşlı təqaüdçü müəllimin təbii səbəblərdən öldüyü bildirilir.
Məlumata görə, saxlanılan şübhəli atasının təxminən iki il yarım əvvəl öldüyünü və cəsədi dondurucuya qoyduğunu etiraf edib. Qonşular isə təqaüdçü müəllimi ən azı dörd ildir ki, görmürdüklərini bildiriblər.

55 yaşlı oğlunun evində pnevmatik silah tapıldıqdan sonra ona qarşı “dələduzluq”, “yalan ifadə vermək” və “odlu silah qanununu pozmaq” ittihamları ilə məhkəmə prosesi başlanıb.
Atasının ölümünün dəqiq səbəbi yarılmadan sonra müəyyən ediləcək.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN