Xalq artisti Faiq Ağayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin yüksək bal toplayan tələbəyə qələm hədiyyə etməsini ironiya ilə qarşılayıb.
Liman.Az xəbər verir ki, jurnalist Pərviz Hüseyn “Facebook” hesabında icra başçısının bu addımını təcrübəsindəki oxşar hallarla müqayisə edərək yazıb:
“Bərdənin icra başçısı Vidadi İsayev yenə əliaçıq və comərd davranaraq yüksək bal toplayan tələbəyə öz qələmini hədiyyə edib. Bir dəfə də uşaqlara DVD hədiyyə eləmişdi”.
Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Postun rəy bölməsinə yazan Xalq artisti Faiq Ağayev icra başçısının hədiyyəsinə sarcastik yanaşaraq “Bəh-bəh! Necə də səxavətli insandır!” sözləri ilə münasibət bildirib.