Ölkə
28.08.2026 | 19:15

Qənirə Paşayevanın qardaşına yeni VƏZİFƏ VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni təyinat olub.

Unikal xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Hüseyn Ələsgər oğlu Paşayev Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədr müavini təyin edilib.

Qeyd edək ki, yeni sədr müavini Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır.

Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN