Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva – Kimin tələbi ilə baş rola dəvət olundu?

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva – Kimin tələbi ilə baş rola dəvət olundu?

09/10/2024 09:22
Share Facebook Telegram WhatsApp Copy Link

Əməkdar artist Hicran Mehbalıyeva haqqında maraqlı faktları təqdim edirik.

Hicran Paşa qızı Mehbalıyeva 11 mart 1954-cü il tarixində dünyaya gəlib. 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib.

***

Akademik Milli Dram Teatrına dəvət olunan Hicran Mehbalıyeva sənətdən gedənə kimi burada çalışıb.

O, həmçinin AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il proqramlarında iştirak edub.

***

O, “Xoşbəxtlik qayğıları”, “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Qonşu qonşu olsa” televiziya tamaşalarında, “Bədbəxtliyin astanasında” kimi filmlərdə müxtəlif səpgili obrazlar canlandırıb.

***

Müğənnilik fəaliyyəti ilə də məşğul olan sənətçi “Bənövşə” uşaq xorunun yetirmələrindəndir.

Xüsusilə görkəmli aktyor Yaşar Nuri ilə ifa etdiyi “Neyləsin bu yollar…” mahnısı dövrünün ən məşhur duetlərindən idi.

Emin Sabitoğlu ilə ifa etdiyi “Səhnədə işıqlar yananda”, “Evləri köndələn yar” teletamaşasında oxunan“Görüş yeri” mahnılarının ifaçısı da Hicran Mehbalıyevadır.

***

Hüseyn Cavid yaradıcılığı onun aktrisalığının əsas qida mənbəyi olub.

Hətta o, Hüseyn Cavidin müəllifi olduğu səhnə əsərlərində qadın obrazlarının ən gözəl ifaçısı hesab olunurdu.

1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında dahi dramaturqun “Afət” əsəri əsasında hazırlanan tamaşada canlandırdığı obrazdan sonra – 1 dekabr 1982-ci ildə ona “Azərbaycan SSR-nin Əməkdar artisti” fəxri adı verilir.

Onun bu rolu oynaması isə tərəf müqabili ƏIi Nurun istəyi ilə olub. Sən demə, rolu əslində Elmira Həşimzadə oynamalı imiş.

Aktyor müsahibələrinin birində bu haqda deyir:

“1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar şairin “Afət” əsəri səhnələşdirilirdı. Rejissor Oruc Qurbanov Afəti aktrisa Elmira Haşimzadəyə həvalə etdi. Mən də tamaşada baş rolu oynayıram. Dedim, bu aktrisa ilə tamaşadan hadisə yaratmaq olmaz. Bu rolu Hicran Mehbalıyeva oynamalıdır. Üç ay rejissorla mübahisədən sonra rolu Hicrana verdirdim və tamaşa dünyaya səs saldı. İki dəfə Respublika Sarayında oynanıldı. Mehdi Məmmədov dəfələrlə tamaşaya baxıb. Akademiklər, professorlar o tamaşanın dəlisiydilər. Çünki baş rolun ifaçısı yerində idi. Elmira Haşimzadəyə görə ona heç kim baxmayacaqdı və tamaşa Sumqayıtın arxivində qalacaqdı”.

Ardınca isə onu Akademik Milli Dram Teatrına işə dəvət edirlər.

***

O sənətdən səssiz-səmirsiz getdi…

Qarışıq, faciəlli 90-cı illər…

O illərdə onlarla aktyor, aktrisa ağır problemlər qarşısında təslim olub sənətdən uzaqlaşdı…

Hicran Mehbalıyeva da onlardan idi…

Deyilənə görə, Əməkdar artistin səhnə həyatına davam etməsini həyat yoldaşı istəməyib. Bir müddət Bakıda qalan cütləq sonradan sonra onlar Azərbaycanı tərk edib.

Sənət dostu Hacı İsmayılov müsahibələrinin birində bu qərar haqqında deyir:

“Onun yoldaşı Moskvada işləyirdi. O da həyat yoldaşının tələbi ilə işini atıb Moskvaya getdi. Heyf… Çox gözəl aktrisa idi. Qalsa idi, çox məşhur, sevimli aktrisalardan biri olacaqdı”.

Aktrisa barədə bilinən yeganə şey hazırda Rusiyada yaşadığıdır.

Ailəsi, övladları barədə heç bir məlumat yoxdur.

Səhnəyə səsli-küylü gələn Hicran Mehbalıyeva sənətdən sərin bir meh kimi keçib getdi.

Kulis.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20
Yaradıcılıq

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi?

11/12/2024 17:35
Hamı üçün

Startap ideyası: uğurlu olub-olmadığını necə bilək?

10/12/2024 11:14

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.