Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Ev almaq istəyənlərə xəbər: İpoteka imkanı artdı

Ev almaq istəyənlərə xəbər: İpoteka imkanı artdı

09/10/2024 16:18
Share Facebook Telegram WhatsApp Copy Link

İpoteka və Kredit Zəmanəti Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyona manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti bu gün fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87 milyon 700 min manatın ayrılması ilə mümkün olacaq. Nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?

Liman.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanəti Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq fərman imzalayır:

“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.

Bütövlükdə fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlərlə kreditlər portfelini də genişləndirir. Deməli, bu, həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.

İndiyədək fond tərəfindən 51 min 778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 249 milyon manatdan çoxdur”.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36
Hamı üçün

Messi Bakıda haralara getdi? – Foto, Video

12/12/2024 09:50

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.