Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Elmlə məşğul olmayan alimlər: Onların arasında deputatlar da var – ADLAR

Elmlə məşğul olmayan alimlər: Onların arasında deputatlar da var – ADLAR

09/10/2024 11:23
Share Facebook Telegram WhatsApp Copy Link

Ötən gün Bakıda keçirilən Təhsilin İnkişafı Forumu daha çox elm və təhsil naziri Emin Əmrullayevin verdiyi açıqlamalarla yadda qaldı. Nazir əvvəlcə diqqəti Azərbaycanın ali məktəblərindəki tədris prosesinə yönəltdi: “Universitetlərdə lazımsız dərslər keçirilir”.

Elm və təhsil nazirinin digər açıqlaması isə daha səs-küylü idi. Emin Əmrullayev ilk dəfə mötəbər kürsüdən Azərbaycanda saxta alimlərin olduğunu dilə gətirdi. Nazir açıq şəkildə bəyan etdi ki, fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən adamların heç də hamısı əsl alim deyil: “Alimin elmi nəticələri olmalıdır”.

Yenisabah.az bildirir ki, son illər Azərbaycanda alim olmaq sanki dəbə çevrilib. Hər il yüzlərlə insan fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür. Amma onların yarısından çoxu ali məktəblərdə dərs demir, tədqiqat aparmır. Bu adamların böyük əksəriyyətinin elmi institutlarla, tədqiqat mərkəzləri ilə, universitetlərlə heç bir əlaqəsi yoxdur. Alim adı onlar üçün prestij naminə lazımdır. vakansiya

Araşdırmalarımız göstərir ki, son illər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülənlərin yarısından çoxu dövlət qurumunda çalışır. Onların arasında nazir müavinləri, idarə və müəssisə rəhbərləri, prokurorlar, yüksək rütbəli polis zabitləri, icra başçıları, hətta icra başçılarının müavinləri də var. Bu tendensiya Milli Məclis üzvləri arasında daha qabarıq formada müşahidə olunur. Altıncı çağırış Milli Məclis üzvlərinin təxminən 75-80 faizinin elmi dərəcəsi var idi. Bu tendensiya indi də davam edir.

Məsələn, Milli Məclisin Regional Məsələlər komitəsinin sədri Siyavuş Novruzov hüquq üzrə fəlsəfə doktorudur. Amma heç vaxt ali məktəbdə dərs deməyib, hansısa tədqiqat institutunda çalışmayıb.

Milli Məclisin üzvü Novruzəli Aslanov da alimdir. Yüzlərlə musiqi əsərinin müəllifi olan Novruzəli müəllim Beynəlxalq Ekologiya – Energetika Akademiyasının fəlsəfə doktorudur.

Milli Məclisin alim deputatlarının siyahısında Asif Əsgərovun da adı var. Zaqatala, Bakının Səbail və Nəsimi rayonlarının icra başçısı vəzifəsində çalışmış Asif Əsgərov Azərbaycanın Əməkdar Məşqçisi, respublika dərəcəli hakim olmaqla yanaşı, həm də fəlsəfə doktorudur. Deputatın hansı mövzuda müdafiə etdiyinə dair məlumatlar gizli saxlanılır.

Milli Məclisin alim deputatlarının siyahısında daha çox iş adamı kimi tanınan Cavanşir Feyziyevin də adına rast gəlmək mümkündür. O, 2009-cu ildə oktyabr ayında “Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusvunda dissertasiya müdafiə etmiş və və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Uzun illər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasına rəhbərlik etmiş Səttar Möhbalıyev də parlamentin elmi fəaliyyətlə məşğul olmayan, tədqiqat aparmayan alimlərindəndir. S. Möhbalıyev iqtisad elmləri doktorudur.

Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin qardaşı Cavanşir Paşazadənin də adı alim deputatların siyahısında yer alır. Uzun illər Lənkəran 3 saylı çay fabrikinin direktoru, sonra isə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru vəzifələrində çalışmış 71 yaşlı Paşazadə də fəlsəfə doktorudur. Onun hansı mövzuda müdafiə etdiyinə dair internet resurslarında heç bir məlumat yoxdur.

Milli Məclisin deputatları arasında praktiki elmi fəaliyyətlə məşğul olanlar da az deyil. Akademik İsa Həbibəyli, akademik Əhliman Əmiraslanov, fəlsəfə doktorları Ceyhun Məmmədov, Rəşad Mahmudov, professor Anar İsgəndərli, professor Fəzail İbrahimli və digərləri bu gün də elm sahəsində tədqiqat aparır, ali məktəblərdə tədris prosesi ilə məşğul olurlar.

Liman.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Düşündürən

Əsədin təəccübü: Restoranda olanlar – Xəbər vardı ki…

11/12/2024 17:11
Hamı üçün

Startap ideyası: uğurlu olub-olmadığını necə bilək?

10/12/2024 11:14
Hamı üçün

Şikayətçilik insanlarımızı yeyib bitirir – Video

27/11/2024 12:25

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.