Hyundai — Cənubi Koreyalı avtomobil istehsalçısı və polad sənayesində öndə gedən firmadır.
Koreya dilində “Hyundai” müasir, müasirlik mənasını ifadə edir. “Hyundai Group” Cənubi Koreyada Chung Ju-Yung tərəfindən 1947-ci ildə qurulmuş şirkətlər qrupudur. İlk dəfə Hyundai şirkəti tikinti şirkəti olaraq təşkil edilmişdi. Hyundai bundan başqa bir çox sahələrdə, o cümlədən, avtomobil, gəmi , inşaat, sığorta, elektronika, logistika sahələrində də aktiv fəaliyyət göstərir. Bugün “Hyundai” dünyada ən məşhur markalardan biridir, avtomobil sənayesində öz fəaliyyət xarakterinə görə , xüsusilə, fərqlənir və dünyada 5-ci ən böyük avtomobil istehsalçısı kimi tanınır. “Hyundai” şirkətinin loqosounda olan maili formada “H” hərfi əl ilə görüşən iki nəfəri təmsil edir. Burada adamlardan biri – şirkətin nümayəndəsi, digəri isə – xoşbəxt müştərini ifadə edir.
Koreya konserni zamanın tələblərinə uyğunlaşmaq və inkişaf etmiş marka kimi formalaşmaq üçün təxminən 60 ilə yaxın vaxt sərf edib.
Ümumilikdə şirkətlər qrupunun tarixi 1940-cı ildə Chung Ju Yung tərəfindən qurulmuş kiçik bir təmir sexinə əsaslanır. 1947-ci ildə qurulan “Hyundai” Mühəndislik və İnşaat Şirkəti (HEC) Koreyanın müharibədən sonrakı yenidən qurulmasında çox mühüm rol oynadı və şirkətin 60-70-ci illərdə polad, gəmiqayırma, avtomobil və maşın istehsalı kimi müxtəlif ağır sənaye sahələrinə daxil olması üçün zəmin yaratdı. 1967-ci ildə “Hyundai Motor Company”nin yaradılması şirkətlər qrupunun daha həssas texnologiyalara ehtiyac duyan sahələrə keçməsini müəyyən etdi. 1967-ci ildə qurulan “Hyundai Motor Company” bu gün Koreyada avtomobil istehsalında lider şirkətlərdən və dünyanın aparıcı avtomobil istehsalçılarından biridir. Şirkət 52 mindən çox işçisi vardır. “Hyundai Group” 1967-ci ildə “Ford”la ilk işbirliyini etdi. Fordun avtomobillərini Ulsanda qurulan fabrikdə birləşdirməyə başladı. Hyundai tərəfindən ilk dəfə qurulan Ford modeli Cortinadır. “Hyundai” ilk avtomobili olan “Pony” avtomobilini 1974-cü ildə dizayn etməyə başladı. “Pony” ümumi baxımdan Cortinaya çox bənzəyirdi, ancaq daha aşağı seqmentdə bir avtomobil idi.
1986-cı ildə Hyundai Excel modelini təqdim etdi və bu model “Pony”i əvəz etdi. “Excel” eyni zamanda Şimali Amerikaya gedən ilk Hyundai modellərindən biri hesab edilir. Zamanla kompakt sinif nümayəndəsi Elantra, orta sinif nümayəndəsi Sonata və ön təkər Üst sinif nümayəndəsi Grandeur (Azera da deyilir) bütün dünya bazarına çıxarıldı və satıldı.
1973-cü ilin avqustunda Hyundai Motor özünün ilk minik avtomobili üzərində işləməyə və paralel olaraq yeni zavod inşa etməyə başladığını elan etdi. Lakin bu layihələri həyata keçirmək üçün kifayət qədər resursları yox idi və beləliklə, yeni tərəfdaşla – mövcudluğunu bu gün də davam etdirən “Mitsubishi Motors” ilə əməkdaşlığa başladı. 1977-ci ildə isə H100 olaraq tanıdığımız “Porter” adlı modelin istehsalına başlanıldı.
Kompaniyanın sonrakı səyləri elmi-texniki müstəqillik qazanmağa yönəldi. 2 iyul 1988-ci ildə Sonata modeli konveyerə çıxarıldı. Bu, bütün detalları Hyundai-a məxsus olan ilk model idi, yalnız lisenziyalı Mitsubishi mühərrikləri istisna təşkil edirdi. Kompaniyanın öz mühərrikini yaratması qat-qat çətin iş idi, rəqəmlər bunu bariz şəkildə göstərir: -Sonata-nın istehsalı dörd il gərgin əmək və 30 milyon dollar vəsait tələb etmişdi, onun güc aqreqatı isə beş il yarım gərgin əmək və 100 milyon dollar vəsait tələb etdi. Nəhayət, 1989-cu ildə dünya 1,5 litr tutumlu Hyundai mühərrikini gördü, ona Alpha adı verildi. Sonralar onun ardınca Beta, Gamma, Delta mühərrikləri buraxıldı. Eyni zamanda Mitsubishi ilə əməkdaşlıq davam edirdi. Çox vaxt bu əməkdaşlıq, sadəcə, köhnəlmiş modellərə lisenziyaların verilməsindən ibarət olurdu. Bu yolla Pajero modeli Hyundai Galloper-ə, Space Runner modeli Santamo-ya, Space Gear modeli Н-1-ə, Debonair modeli isə Equus-ə çevrildi. Yeri gəlmişkən, 1999-cu ilin aparıcı modeli olan, Avropada Centennial kimi tanınan Equus bu gün də texnoloji cəhətdən ən yüksək səviyyəli avtomobil markası olaraq qalır. Onun kapotu altında Omega ailəsinə mənsub və birbaşa yanacaqçiləmə sisteminə malik olan 4,5 litr tutumlu Mitsubishi GDI mühərriki vardır.
Kompaniya Kaliforniyada Hyundai California Design adlı dizayn studiyası yaratmışdır, həmin studiya 1991-ci ildə “Hyundai”ın tarixində ilk dəfə HCD-I avtomobil konseptini (layihəsini) təqdim etmişdir. Həmin konsept beş ildən sonra Coupe/Tiburon adlı səmərəli seriya modelinə çevrildi. Hyundai Motor 1998-ci ildə Kia/Asia Motors kompaniyasını satın aldıqdan sonra daxili bazarda liderliyi ələ keçirdi. Hyundai Motor Company Cənubi Koreyadakı fabrikləri xaricində Türkiyə, Amerika Birləşmiş Ştatları, Çin və Hindistanda da qlobal istehsal mərkəzləri var. Hyundai Automotive Group, 2005-ci ilin sonunda qlobal satış baxımından dünyada 6-cı ən böyük avtomobil istehsalçısıdır və 2010-cu ildə 5-ci yerə yüksəlməyi hədəfləyir. 2007-ci ildə Avropada ikon fəlsəfəsini daşıyaraq i30 (Elantra GT-nin davam etdirmə modeli) və i10 (Atos-un davamı modeli) modellərini təqdim etdi və 2008-ci ildə i20 adlı kiçik model Getz təqdim edildi və əvəz edildi. Eyni proseslərdə arxadan itələyən, ancaq yuxarı təbəqənin nümayəndəsi olan – 8 silindrli mühərrik variantları ilə tanış oldu. 2010-cu ildə ix20 adlı kiçik MPV modeli Matrix-i əvəz etməklə təqdim olundu , lakin o, çox məşhur deyildi. Sonata yalnız Amerika bazarı üçün 2009-cu ildə yenilənsə də, 2011-ci ildə orta sinif nümayəndəsi i40 adlı yeni və fərqli bir model xüsusi olaraq avropalılar üçün təqdim edildi. Ayrıca 2011-ci ildə Hyundai, ön təkər diskini və Veloster adlı “olduqca qəribə” Coupe modelini təqdim etdi. İkinci nəsil Genesis modeli 2013-cü ildə təqdim olunsa da, Hyundai bu adı 2015-ci ildə markaya çevirdi və 2016-cı ildə Genesis G80 oldu. Qardaşı Hyundai Centennial, adını Genesis G90 olaraq dəyişdirdi. 2016-cı ildə, Hybrid, Plug-In Hybrid və Elektrik kimi üç fərqli alternativi olan Ioniq seriyası, Toyota Prius kimi ekoloji modellərə qarşı çıxmaq üçün təqdim edildi və satışa təqdim edildi. 2017-ci ildə Matrix ilə ix20 kimi kiçik səviyyəli MPV modellərini unutdurmaq üçün dörd təkərli alternativə sahib olan kiçik sinifli Kona avtomobili təqdim edildi.
2016-cı il və daha sonra buraxılan “Hyundai” modelləri:
- Hyundai Accent
- Hyundai Azera
- Hyundai Azera Limited
- Hyundai Elantra
- Hyundai Elantra GT
- Hyundai Elantra Limited
- Hyundai Elantra SE
- Hyundai Equus
- Hyundai Genesis AWD
- Hyundai Genesis Coupe
- Hyundai Genesis RWD
- Hyundai Ioniq
- Hyundai Ioniq Blue
- Hyundai Ioniq Electric
- Hyundai Ioniq Plug-in Hybrid
- Hyundai Kona AWD
- Hyundai Kona Electric
- Hyundai Kona FWD
- Hyundai Palisade AWD
- Hyundai Palisade FWD
- Hyundai Santa Fe AWD
- Hyundai Santa Fe FWD
- Hyundai Santa Fe Sport AWD
- Hyundai Santa Fe Sport FWD
- Hyundai Santa Fe Sport Ultimate AWD
- Hyundai Santa Fe Sport Ultimate FWD
- Hyundai Santa Fe Ultimate AWD
- Hyundai Santa Fe Ultimate FWD
- Hyundai Santa Fe XL AWD
- Hyundai Santa Fe XL FWD
- Hyundai Santa Fe XL Ultimate AWD
- Hyundai Santa Fe XL Ultimate FWD
- Hyundai Sonata
- Hyundai Sonata Hybrid
- Hyundai Sonata Hybrid SE
- Hyundai Sonata Limited
- Hyundai Sonata Plug-in Hybrid
- Hyundai Sonata SE
- Hyundai Sonata Sport Limited
- Hyundai Tucson AWD
- Hyundai Tucson Eco AWD
- Hyundai Tucson Eco FWD
- Hyundai Tucson FWD
- Hyundai Veloster
- Hyundai Veloster N
- Hyundai Venue
2015-ci il və daha əvvəl buraxılan Hyundai modelləri
- Hyundai Accent (SOHC)
- Hyundai Accent (Sporty)
- Hyundai Accent Blue
- Hyundai Accent/Brio
- Hyundai Elantra Blue
- Hyundai Elantra Coupe
- Hyundai Elantra Hatchback
- Hyundai Elantra Touring
- Hyundai Elantra Wagon
- Hyundai Entourage
- Hyundai Excel
- Hyundai Genesis
- Hyundai Genesis R Spec
- Hyundai Genesis R-Spec
- Hyundai J-Car/Elantra
- Hyundai Pony Excel
- Hyundai Precis
- Hyundai Santa Fe 2WD
- Hyundai Santa Fe 4WD
- Hyundai Santa Fe Sport 2WD
- Hyundai Santa Fe Sport 4WD
- Hyundai Santa Fe Ultimate 2WD
- Hyundai Santa Fe Ultimate 4WD
- Hyundai Scoupe
- Hyundai Sonata (Y-3)
- Hyundai Sonata Hybrid Limited
- Hyundai Tiburon
- Hyundai Tiburon (Coupe)
- Hyundai Tucson 2WD
- Hyundai Tucson 4WD
- Hyundai Veracruz 2WD
- Hyundai Veracruz 4WD
- Hyundai XG300
- Hyundai XG350