Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Müavinət, qazi, tibbi sığorta, tənqid və sair mövzular – Milli Məclisdə təkliflər

Müavinət, qazi, tibbi sığorta, tənqid və sair mövzular – Milli Məclisdə təkliflər

19/11/2024 14:55
Share Facebook Telegram WhatsApp Copy Link
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov:

Onkoloji xəstəliklə bağlı təklif

Növbəti ildən etibarən xəstələr ambulator müalicə, yəni evdə müalicə alarkən lazım olan dərman vasitələri ilə təmin ediləcək. Hansı ki, indiyədək ambulator şəraitdə müalicə alan xəstələr belə bir imkandan istifadə edə bilmirdilər.

İnsanlar bütün tibbi müayinələrdən pulsuz keçsə də, son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan, xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyasının (PET) müayinə üsulu icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin.

İlkin müalicə üçün onkoloji xəstələrə zəruri olan dərmanların icbari tibbi sığorta zərfinə daxil edilsə yaxşı olar.

Bu məsələ çox uzanır. Artıq bu məsələ öz həllini tələb edir və bu istiqamətdə addımlar atılmalıdır

Bölgələrdə həkim çatışmır və ilkin tibbi xidmət acınacaqlı vəziyyətdədir

Bu gün respublikanın bölgələrində ilkin tibbi xidmət məntəqələrinin vəziyyəti çox acınacaqlı və bərbad vəziyyətdədir.

Özüm şəxsən bir neçə ilkin tibbi məntəqədə olmuşam. Orada ürəkağrıdan mənzərə ilə üzləşmişəm. Vəziyyət bərbad və acınacaqlıdır. Bir çoxunda heç tibbi avadalıq yoxdur, olanı isə sovet dönəmindən qalmadır. Binaları uçub dağılır..

Elə rayon var ki, orada 100-dən artıq həkim çatmır. Bunun səbəblərindən biri 65 yaşı tamam olan gün həkimin pensiyaya göndərilməsidir. Əgər həkim çatışmırsa, onda onların pensiyaya göndərilməsinə nə ehtiyac var?

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov:

Seçicilərini maraqlandıran və narahat edən məsələlər

Büdcənin parlamentdə müzakirəsi təkcə büdcə zərfinin qəbul edilməsi deyil, eyni zamanda deputatların seçicilərini maraqlandıran və narahat edən məsələlərin hökumətə olan mesajını çatdırmaqdır.

Ombudsman Səbinə Əliyeva:

Uşaqlara müavinət

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə 3 yaşınadək uşağa qulluğa görə müavinətin və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət artırılmalıdır.

O, eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) verilən müavinətin məbləğinin artırılması məqsədilə əlavə maliyyə vəsaitinin ayrılmasını və ya nəzərdə tutulmuş vəsaitin artırılmasını təklif edib.

Deputat Asim Mollazadə:

“Qazilərin işlə təminində ciddi problem və qüsurlar var”.

“Qazilərin işlə təmini ilə yanaşı, müharibə əlillərinin əlilliyi ilə bağlı çox haqsız qərarlarla rastlaşırıq. Bu barədə çoxsaylı şikayətlər alırıq. Bir həkim kimi belə haqsızlıqların şahidi oluram. Bu sahədə işləri gücləndirmək lazımdır. Çünki bu şəxslərin hesabına qalib xalq olmuşuq”

Deputat Gülşən Paşayeva:

Su, kanlizasiya, asfalt yoxdur. Məlumat verin.

Xəzər rayonunda, xüsusən də Binə və Qala qəsəbəsi ciddi problemlərlə üz-üzədir. Bu qəsəbələrdə su yoxdur. Kanalizasiya ümumiyyətlə yoxdur. Qəsəbəarası yolların 90 faizindən çoxu asfaltlanmayıb. Bu işlər Bakı üçün qənaətbəxş hesab etmək olmaz. Ümumiyyətl,ə mən aidiyyəti qurumlardan Xəzərə rayonu ilə bağlı hansı işlərin görüldüyü və görüləcəyi işlər barədə məlumat almaq istərdim. Büdcədən Bakıya ayrılan 14 milyard manatdan Xəzər rayonu, o cümlədən təmsil etdiyim Binə və Qala qəsəbələrinin üzləşdikləri problemin həlli üçün hansı işləri görüblər. Çünki seçicilər deyilər ki, səs verib deputat seçmişik. Üzləşdiyimiz problemi həll edin. Bu barədə məlumat verilsə yaxşı olar.

 

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Liman

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

13/12/2024 10:19
Liman

Harvardı atıb Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

12/12/2024 12:16

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.