Ölkə
22.09.2026 | 22:29 14

İki metro stansiyasına giriş sabahdan pulsuz olacaq - Müddəti açıqlandı

Metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarına ödənişsiz girişin ən azı bir ay davam etməsi gözlənilir.

Bunu APA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, ödənişsiz rejimin nə qədər davam edəcəyi aparılacaq monitorinqlərin nəticələrindən asılı olacaq.

“Əminik ki, bunun uzun müddət davam etmək imkanı var. Amma ən azı bir ay, yəqin ki, olacaq”, – Bəxtiyar Məmmədov bildirib.

XƏBƏRİN VİDEOSU

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN