Bernard Arnault “Dior”, “Sephora”, “TAG Heuer”, “Givenchy” və bir çox başqa brendlərin sahibi olan “LVMH” lüks qrupunun sədridir. Arnault bir neçə il ərzində bu imperiyanı qurub və bununla da Jeff Bezos və Elon Musk kimi nəhəngləri geridə qoyaraq dünyanın ən zəngin adamı olub.
Bernard Arnault olduğu yerə sadəcə dəbdəbəli brendlər almaqla çatmayıb, o, çox çalışıb, yaxşı vərdişlərini inkişaf etdirib, səhvlərindən dərs alıb. Bu, onun həyatda irəliləməsinə, zirvədə qalmasına kömək edən bəzi qaydalar yaratdı.
Arnault, yaradıcılığı və səbri inkişaf etdirməyin (problemləri həll etmək və ya ilk problemdə təslim olmamaq üçün zəruri olan) çox vacib olduğunu deyir. Lakin bir müsahibədə hər kəsin qulaq asması lazım olduğuna inandığı çox vacib bir məsləhəti olduğunu qeyd edib. Bunun planların, ideyaların və ya xəyalların gerçəkləşməsini və məqsədlərinə çatmasını təmin etmək üçün lazım olduğunu izah edib.
Bernard Arnaultun müvəffəqiyyət üçün 20-80 qaydası
O deyir ki, çox israrlı olmalısınız. İdeyalara ehtiyacınız var, ancaq ideya cəmi 20%-dir, qalan 80% oni icra etməkdir:
“Dözümlülük, yıxıldıqdan sonra ayağa qalxmaq, hər səhvdən və hər təcrübədən öyrənmək, işlər çətinləşəndə belə səy göstərməyə davam etmək lazımdır. Qaydanın digər hissəsi planların 20-80 formatına bölünməsindən bəhs edir. Burada etdiyiniz iş, vaxtınızın və enerjinizin 20 %-ni ideyanın inkişafı və məqsəd qoyma prosesinə sərf etməkdir. 80 % bu ideyaları inkişaf etdirməyə, onları kağızdan çıxarmağa və real dünyaya çatdırmağa sərf edilməlidir”.
“Bir çox layihələr, ideyalar və ya məqsədlər hələ başlamadan uğursuzluğa düçar olur, çünki təməllər yaxşı olsa da, onları həyata keçirmək və inkişaf etdirmək üçün heç vaxt ilk addım atılmır. İdeyalar havada asılır və heç vaxt reallaşmır; Buna görə də davamlılıq, inkişaf prosesinə diqqət yetirmək daha vacibdir.
Hamımızın böyük ideyaları ola bilər, lakin bu ideyalar səy, möhkəmlik və bizi hədəfə yaxınlaşdıran konkret və real hərəkətlər olmadan bizi uğura aparmayacaq; istər öz biznesimizə başlamaq, istər işdə daha yaxşı mövqe əldə etmək, istərsə də idman zalında çoxlu əzələ kütləsi əldə etmək üçün çox çalışmaq lazımdır” – dünyanın ən zəngin adamı qeyd edib.
valyuta.az