Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Nobel mükafatına layiq görülən Han Kanq kimdir? – DOSYE

Nobel mükafatına layiq görülən Han Kanq kimdir? – DOSYE

14/10/2024 16:12
Share Facebook Telegram WhatsApp Copy Link

2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi yazıçı Han Kanq oldu.

Bəs Han Kanq kimdir və bu mükafata hansı əsərlərinə görə layiq görülüb?

Kulis.az yeni Nobel mükafatçısı, yazıçı Han Kanq haqqında məqalə yazıb.

Han Kanq 27 noyabr 1970-ci ildə Cənubi Koreyanın Quanqju şəhərində anadan olub.

Atası Han Seunq-von Cənubi Koreyada tanınmış yazıçıdır. Ailəsi 10 yaşında ikən Seula köçüb. Ədəbi mühitdə böyüdüyü üçün kiçik yaşlarından yazı və ədəbiyyata marağı formalaşıb.

Han Kanq Yonsei Universitetində Koreya Ədəbiyyatı üzrə təhsil alıb. Bu dövr onun yazı tərzinin formalaşmasında və mədəni mövzulara olan marağında mühüm rol oynayıb. Universitet təhsilindən sonra özünü yazıçılığa həsr edib.

Yaradıcılıq fəaliyyətinə şeirlə başlayıb. 1993-cü ildə Seul Şinmun qəzetində şeiri dərc edilib. Lakin qısa müddət sonra nəsrə yönəlib.

Onun ilk nəsr əsəri olan “Qırmızı Lövbər” 1994-cü ildə nəşr olunub və o vaxtdan etibarən Han Kanq, əsasən, roman yazıçısı kimi tanınmağa başlayıb.

2007-ci ildə dərc olunan “Vegeterian” romanı onun ən çox tanınan əsəridir. Bu əsər baş qəhrəman Yeonq-hyenin (qadın – red.) qəfil qərarı ilə ət yeməkdən imtina etməsi və bu qərarın ailə və cəmiyyət tərəfindən qəbul edilməməsi üzərində qurulub. Əsər fərdi azadlıq, cəmiyyətdəki gender rolları və insanın daxili dünyasının mürəkkəbliyini araşdırır. 2016-cı ildə roman ilə Han Kang prestijli Beynəlxalq Buker mükafatını qazanıb və beynəlxalq səviyyədə tanınıb.

1980-ci ildə baş verən Quanqju üsyanı Han Kanqın həyatında və yaradıcılığında böyük iz buraxıb. Bu hadisə Cənubi Koreya tarixində əhəmiyyətli və travmatik bir dövr olub. “İnsan əməlləri” adlı əsəri bu hadisəni ədəbiyyatda əks etdirmək üçün yazılıb. Roman Quanqju üsyanında iştirak edən və ya onun təsirinə məruz qalan insanların travmalarını və bunun nəsillərə ötürülən psixoloji izlərini təsvir edir.

Han Kanqın əsərlərində çox vaxt insan təbiətinin qaranlıq tərəfləri, şiddət, travma və mövcudluğun mənası kimi mövzular işlənir. Onun yazılarında həm fərdi psixologiya, həm də sosial təzyiqlər qarşısında insanların davranışları əks etdirilir. Əsərlərində şiddətin birbaşa təsiri və dərin metaforik məzmunu vardır.

Han Kanqın əsərləri bir çox dillərə tərcümə olunub. Onun əsərləri beynəlxalq ədəbiyyat festivallarında müzakirə olunub, oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.

Han Kanq bir çox mükafatlar qazanıb. Onun beynəlxalq səviyyədə ən çox tanınan mükafatı “Vegeterian” romanı ilə qazandığı Buker mükafatıdır. Bundan başqa, Koreyada Yi Sanq Ədəbiyyat mükafatı və Koreya Roman mükafatı kimi prestijli mükafatlara da layiq görülüb.

O, şəxsi həyatı haqqında çox açıqlama verməyi sevmir. Yazılarını şəxsi təcrübələrindən və müşahidələrindən ilham alaraq yazdığını qeyd edir. Yaradıcılıq fəlsəfəsinə görə, yazmaq insanın qəlbinə toxunmaq, dərin psixoloji və mənəvi qatları araşdırmaqdır.

Han Kanq təkcə roman yazmır, eyni zamanda şeir yazmağa da davam edir. Onun ədəbi fəaliyyətinə qısa hekayələr, uzun nəsr əsərləri və şeirlər daxildir.

O, Koreya və dünya ədəbiyyatında dərin tematikası və poetik üslubu ilə özünəməxsus yer tutur.

Liman

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20
Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Yaradıcılıq

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi?

11/12/2024 17:35

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.