Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakıda tıxacların yaranmasının səbəblərindən birinin bölgələrdən paytaxta əhali axını olduğunu bildirib.
“Kənddən gələn insanlar Bakıda tıxacların yaranmasına səbəb olurlar. Bakıda tunellərə, yol qovşaqlarına, mənzil bazarına, əmək bazarına təzyiqlər artır”, – deyə Oruc bildirib.
O, problemin həlli üçün bölgələrə və kəndlərə qayıdış proqramlarının hazırlanmasını təklif edib. Orucun sözlərinə görə, bölgələrdə kommunal tariflər azaldılmalı, ipoteka imkanları genişləndirilməli, emal müəssisələrinə vergi güzəştləri tətbiq olunmalı, müəllim, həkim və mədəniyyət işçilərinin əməkhaqları artırılmalıdır.
“Vətəndaş kənddə yaşamağın üstünlüyünü və cazibəsini hiss edəcək. Bu, dünyada keçilmiş yoldur”, – deyə komitə sədri əlavə edib.