polis
Ölkə
23.09.2026 | 14:01 20

Sabah Bakıda bu yollarda vəziyyət dəyişir: Sürücülərə TƏCİLİ MÜRACİƏT

“2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yarış günlərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərə müraciət edib.

DYP sürücülərə xüsusilə paytaxtın cənub qapısından mərkəzə doğru hərəkət zamanı “Azneft” və “Neftçilər” dairələrindən alternativ marşrut kimi istifadə etməməyi, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməyi tövsiyə edib.

20-ci sahə və Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yollarından istifadə etməklə Qurban Abbasov küçəsindən keçərək Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri istiqamətində mərkəzə hərəkət etmək tövsiyə olunur.

DYP, həmçinin yarışın keçirildiyi müddətdə sürücülərdən fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini xahiş edib.

Bildirilib ki, şəhərin mərkəzi hissəsinə hərəkət zamanı mümkün qədər ictimai nəqliyyata üstünlük verilməsi nəqliyyat sıxlığının azalmasına kömək edəcək.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN