Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Kreditlə alış-veriş zamanı edilən səhvlər

Kreditlə alış-veriş zamanı edilən səhvlər

05/11/2024 14:52
Share Facebook Telegram WhatsApp Copy Link

Liman.az

Kreditlə alış-veriş müasir dövrdə hər keçən gün daha da aktuallaşır. Bu gün istənilən sahədə alış-verişdə kredit sistemi tətbiq edilir. Lakin maliyyə idarəetməsi ilə bağlı ən çox səhvlər də məhz kreditlə alış-veriş zamanı olur. Necə yanaşmalıyıq, nələri kreditlə almalıyıq, nələri yox?

Maliyyəçi, biznes konsultant Vüsal Səlimov Valyuta.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, kreditlə nəyisə almaq əslində daha baha almaq anlamına gəlir:

“Çünki kreditlə alındıqda, həm faiz ödənişləri, həm də əlavə xərclər yarana bilir. Hətta bəzən şəxs alacağı məhsula əsl qiymətindən daha çox pul ödəyir.

Əgər alacağı məhsul vacib deyilsə, onu gec də olsa maksimum nağd almağa çalışmalıdırlar. Amma tendensiya odur ki, kredit ödəməyə öyrəşmiş insanlar bu öyrəncəliyi həyat tərzinə çevirir və lazım olmadığı təqdirdə belə kreditlə alış etməyə başlayır. Bu məsələdə kredit kartları xüsusilə fərqləndirilməlidir. Kart vasitəsilə virtual pul xərcləmək, fiziki olaraq puldan istifadə etmədən alış-veriş etmək insanlara daha asan gəlir. Bu da nəticə etibarilə lazımsız və impulsiv alış-verişlərə səbəb ola bilər”.

V.Səlimov deyir ki, aylıq ödənişlə məhsul alınırsa, burada da diqqət edilməli nüans var:

“Kreditlərin həyatımıza daxil olması, bizə bəzən daha çox asanlıq gətirsə də, ümumilikdə onun da mənfi tərəfləri mövcuddur və bu, xüsusən faizlərə diqqət etmədikdə baş verə bilər. Ailə büdcəsi məhdud olan şəxslər, mövcud kampaniyalardan yararlanaraq faizsiz kreditlər götürə və ödənişlərini hissə-hissə edə bilərlər’.

V.Səlimov dəyər itirən aktivlərin kreditlə alınmaması mövzusuna da toxunub:

“O qeyd edib ki, dəyər itirən aktivlər adətən lüks və ya əlavə rahatlıq təmin edən şeylər olur ki, bunlar əsas həyat tələbləri üçün vacib deyildir. Misal üçün avtomobil alarkən iki dəfə düşünməliyik. Onu kreditlə alanda itirəcəyimiz faizlər və satmaq istəyərkən itirəcəyimiz dəyəri. Avtomobil alarkən yalnız ilkin qiyməti deyil, həm də onun amortizasiyasını, sığorta xərclərini, yanacaq sərfiyyatını və digər istismar xərclərini nəzərə almaq vacibdir. Dəyər itirən aktivlərdən əldə olunan faydanı, onun maliyyə itkiləri ilə müqayisə edərək, ehtiyacımızın nə qədər olduğunu və uzunmüddətli istifadəyə uyğun olub-olmadığını yaxşı qiymətləndirmək lazımdır”.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36
Hamı üçün

Messi Bakıda haralara getdi? – Foto, Video

12/12/2024 09:50

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.