Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Xankəndinə”, ”Xankəndində”, yoxsa “Xankəndiyə”, “Xankəndidə”?

“Xankəndinə”, ”Xankəndində”, yoxsa “Xankəndiyə”, “Xankəndidə”?

01/10/2024 23:10
Share Facebook Telegram WhatsApp Copy Link

Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılmaz hissəsi olan Xankəndi şəhərinin adı mətbuatda müxtəlif cür yazılır. Bəzi mənbələr yönlük halda “Xankəndinə”, çıxışlıq halda “Xankəndindən”, digərləri “Xankəndiyə” və “Xankəndidən” kimi göstərirlər. Belə formalar yazı əhlində çaşqınlıq yaradır.

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın fikrincə, “Xankəndiyə” yazılışı doğrudur. Professor fikrini belə əsaslandırıb: “İkinci növ təyini söz birləşməsi əsasında əmələ gələn mürəkkəb sözlər sadə söz kimi hallanır. Bu zaman sonu -ı⁴ mənsubiyyət şəkilçisi ilə işlənən mürəkkəb sözlər yönlük halda -ya, -yə şəkilçiləri ilə, sonu -sı⁴ mənsubiyyət şəkilçili sözlər isə -na, -nə şəkilçiləri ilə işlənir. Məsələn: “Xankəndiyə”, “Xankəndidə”, “yeralmasına”, “yeralmasında” və s. Saitlə bitən sözlər yönlük halda -ya, -yə şəkilçisi qəbul edir. Məsələn, “almaya”, “babaya” və s. Bu qəbildən olan sözlər mənsubiyyət şəkilçisi ilə işləndikdə -na, -nə şəkilçisi qəbul edir. Məsələn, “almasına”, “babasına” və s. “Xankəndi” də saitlə bitən sözdür. Yönlük halda -yə şəkilçisi artırılır, çünki söz birləşməsi deyil, mürəkkəb sözdür. Bu şəkildə yaranan mürəkkəb sözlər dilimizdə çoxdur: ayaqqabı, dəvəquşu, meşəbəyi, suiti və s. İkinci növ təyini söz birləşməsi əsasında yaranmış onomastik vahidlər də bu qəbildəndir. Məsələn, Bazardüzü (yə), Daşaltı (ya) və s. “Xankəndi” sözündə vurğu sözün son hecasına düşür”.

Azərbaycan dilinin qaydalarının düzgün öyrənilməsinə xidmət edən “Grammar Azi” səhifəsinin yaradıcısı və idarəçisi Murad Hüseynov tələffüz formalarının zamanla formalaşdığını deyib. Bildirib ki, ikinci növ təyini söz birləşmələri əsasında yaranmış mürəkkəb sözlər zamanla formalaşır, lüğətə daxil edilir: “Məsələn, “əməkhaqqı” sözü əvvəllər ayrı yazılırdısa, indi bitişik yazılır. Onun hallara, mənsubiyyətə görə dəyişməsi də müvafiq formadadır. Eyni qayda “Xankəndi” sözünə də aiddir. Çünki bizdə eyni konstruksiya əsasında yaranmış toponimlər, coğrafi adlar, məsələn, “Pirallahı”, “Daşaltı” var. Bu cür sözlər dilimizdə mənsubiyyət və hallara görə dəyişir. Məsələn, “Pirallahıya” deyilir, “Pirallahına yox”. Amma elə sözlər də var ki, onlar təyini söz birləşməsi kimi bəzən dəyişir. Çox vaxt eşidirik ki, “Bazardüzünə” və ya “Bazardüzüyə” deyirlər. Bir söz nə qədər çox işlənirsə, o qədər çox kompaktlaşır. İnsan hansısa sözdən istifadə etdikdə psixoloji olaraq bunu rahatlaşdırmağa çalışır. “Xankəndi” sözü də eyni konstruksiya əsasında yaranmış toponimdir. O da müəyyən səbəblərdən bir müddət bizim işlək dilimizdən uzaq qalıb. 30 ildən çox o sözü tez-tez istifadə etməmişik, nitqimizdən müəyyən dərəcədə uzaq qalıb. Mən 2020-ci ildə Vətən müharibəsi zamanı səhifədə bu sözün hallanmasına aid paylaşım edəndə ilk növbədə “Xankəndiyə” olaraq paylaşmaq istədim. Heç vaxt düşmürdüm ki, “Xankəndinə” forması mövcud ola bilər. Araşdırmağa qərar verdim. Dilçilik İnstitutunun “Xankəndinə” mövqeyini görəndə özüm də təəccübləndim. Elə bildim ki, vahid mövqe budur, çünki başqaları fikir bildirməmişdi. Paylaşım böyük rezonansa səbəb oldu və həmin məsələ bu günə qədər də müzakirə olunur. Dil Komissiyası da bu mövzuya qoşuldu və onlar “Xankəndiyə” yazılmalı olduğunu bildirdilər. Fikrimcə, “Xankəndiyə” yazılması daha doğrudur. Çünki hazırda biz belə işlədirik. Ona görə yox ki, bu söz toponimdir. Elə mürəkkəb sözlər var ki, biz onları hələ də ikinci növ təyini söz birləşməsi kimi hallandırırıq. Məsələn, deyirik “ayaqqabı – ayaqqabıya”. Amma “köpək balığı-köpək balığıya” demirik. “Dünya görüşüyə” yox, “dünyagörüşünə” deyirik. Bununla psixolinqvistika məşğul olur”.

Murad Hüseynov köhnə yazılı mənbələrdə şəhərin adı hallandığı zaman “Xankəndinə” olaraq qeyd edildiyini söyləyib.

“Mən “Xankəndi” sözünün yazılışını paylaşanda, həm də 1992-ci ildə Britaniya parlamentinə bizim rəsmi müraciətimiz olan sənədə baxmışdım. Orada “Xankəndində”, “Xankəndindən” kimi yazılışlara rast gəlmək olardı. Yaxud digər 90-cı illərə aid mənbələr tapmışdım ki, orada “Xankəndi” sözü, ikinci növ təyini söz birləşməsi kimi hallanır. Ola bilər ki, əvvəl elə bu cür işlənib. Bu gün “Xankəndidə”, “Xankəndiyə” istifadəsi daha doğrudur. Çünki dil yerində dayanmır, inkişaf edir, kompaktlaşır, tənbəlləşir və sözləri öz dilimizə necə uyğundursa, elə də tələffüz edirik. Dilimizdə ikinci növ təyini söz birləşmələrinin konstruksiyası ətrafında yaranmış toponimlərin vahid işlənmə qaydası reqlamentəşməyib. İkinci növ təyini söz birləşməsi əsasında yaranmış toponimlərin vahid söz kimi hallanlanması haqqında qayda yoxdur. O demək deyil ki, kimsə “Xankəndində”, “Xankəndindən” yazsa, səhv kimi qeydə alınmalıdır. Bunu səhv kimi göstərmək üçün heç bir əsas yoxdur. Qaydalarda pərakəndəlik var. Həmin qeyri-dəqiqliyi imtahan suallarına salmaq olmaz. Çünki belə olduqda imtahan verən “Xankəndinə” ya “Xankəndiyə” yazmaqda çətinlik çəkəcək. Belə halda kimsə düzgün yazılış forması tələb edə bilməz”, – deyə Murad Hüseynov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 1923-cü il sentyabrın 1-dən etibarən şəhər erməni Stepan Şaumyanın adı ilə “Stepanakert” adlanırdı. 1991-ci il 26 noyabr Azərbaycan SSR Ali Sovetinin qərarı ilə şəhərin əvvəlki “Xankəndi” adı özünə qaytarıldı.

 

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36
Hamı üçün

Messi Bakıda haralara getdi? – Foto, Video

12/12/2024 09:50

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.