Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Evində timsah saxlayan şair: milçəyinin dəfninə xərclənən milyon dollar…

Evində timsah saxlayan şair: milçəyinin dəfninə xərclənən milyon dollar…

25/11/2024 13:15
Share Facebook Telegram WhatsApp Copy Link

Heyvan saxlayan yazıçıların qəribə xüsusiyyətlərini təqdim edirik.

Antik Roma şairi Vergili milçək saxlayırmış. Hətta milçəyinin cənazəsinə bu günün pulu ilə təxminən bir milyon dollar xərcləyib. Cənazədə orkestr ifa edib, balaca məzar qoyulub.

Romantizm cərəyanının ən məşhur simalarından olan fransız şair Cerard de Nerval xərçəng saxlayırmış. Onu tez-tez Paris küçələrinə gəzintiyə çıxararaq: “Xərçənglər əla ev heyvanıdırlar, dənizin sirlərini bilən, hürməyən, sakit və ciddi məxluqlardır”, – deyirmiş. Nerval 1841-ci ildə ağlını itirib.

****

Viktoriya dövrünün şairi Elizabet Barrett Brauninqin Fluş adlı qızılı ispan iti varmış. Fluş sonralar Virciniya Vulfun yazdığı “bioqrafiya”nın mövzusu olub. Brauninq itin xatirəsinə “Fluşa” adlı şeir yazıb, hətta xəstələndiyi dövrdə vaxtını keçirmək üçün itə stolüstü oyunlar oynamağı da öyrətməyə çalışıb.

****

Ernest Heminquey isə pişikləri sevərmiş. Yazıçının 30-dan çox altı barmaqlı pişiyi olub. Görünür, “Heminquey pişikləri” ifadəsi də oradan yaranıb. Pişiklərinə qəribə adlar qoyub: “Alley Cat” (küçə pişiyi), “Boise”, “Crazy Christian” (Çılğın xristian), “Ectracy”, “Friendless Brother” (Dostsuz qardaş), “Fats”, “F.Puss”, “Furhouse “(Kürk evi), “Pilar” (Sütun), “Thruster” (İtici), “Whitehead” (Ağ baş), “Uilli” (arqo deyimlə, penis)…

Mark Tven pişiklərə ad qoymaqda Heminqueyi kölgədə qoyub. Müxtəlif vaxtlarda evində saxladığı pişiklərin adları beləydi: “Buffalo Bill”, “Satan” (Şeytan), “Sin” (Günah), “Sour Mash” (Turş püre), “Tammany ” ….

Ədəbiyyat dünyasının ən böyük pişiksevəri ingilis şair Tomas Sternz Eliotdur. Pişiklər haqqında kitab yazıb, pişiklər məşhur “Cats” müziklının ilham mənbəyi olub.

Amerikan şair Doroti Parker isə hamam vannasında iki timsah saxlayırmış…

© Kulisaz

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Vau

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06
Yaradıcılıq

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20
ƏSAS MANŞET

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.