Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Bu cərimənin artmasına necə sevinməmək olar?”

“Bu cərimənin artmasına necə sevinməmək olar?”

10/10/2024 10:16
Paylaş Facebook Telegram WhatsApp Copy Link

“Dünyanın əksər ölkələrində gəzəndə deyirik ki, “Bura necə təmizdir, necə gözəldir, insanlar necə mədənidirlər. Yerə heç nə atmırlar”. Bu elə bilirsiniz ki, birdən-birə belə olub? Yox, hər ölkənin özünəməxsus bir tarixçəsi var. Almaniyanı Hitler güllələyə-güllələyə Almaniya elədi. İndi alman dəqiqliyi deyilən bir anlayış var. Digər ölkələrdə yüksək cərimələr, ictimai qınaqlar var. Bu illərlə davam edib”.

Liman.az xəbər verir ki, bunu aparıcı İlkin Həsəni sosial şəbəkədəki paylaşımında deyib. O, tullantıların ətraf mühitə atılmasına görə cərimələrin artırılmasına etiraz edənləri anlaya bilmədiyini qeyd edib:

“Bir insan necə zibilin kənara atılmasına görə cərimənin artırılmasına etiraz edə bilər? Bu cərimənin artmasına necə sevinməmək olar? Necə etiraz etmək olar? Hansı beyin sahibi olmalısan ki, buna etiraz edəsən? Odur ki, ətrafımızı, şəhərimizi təmiz saxlayaq. Düzdür ölkəmizdə, paytaxtımızda kifayət qədər zibil qabı yoxdur, razıyam. Amma olacaq, tənqid, xahiş edəcəyik, qı,nayacağıq və çoxalacaq. Amma bu o demək deyil ki, ətrafımda zibil qabı yoxdursa, əlimdəkini yerə atmalıyam. Çox təəssüf edirəm ki, bu mövzu haqda geniş danışıram. 2024-cü ildir, bəlkə də Amerikada, Avropda yaşayan soydaşlarımız bizim mövzularımıza baxıb gülürlər ki, hələ də insanlar Azərbaycanda zibili ətrafa, siqareti çəkib maşından çölə atırlar. Gəlin, özümüzü onlara güldürməyək”.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Liman

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

13/12/2024 10:19
Liman

Harvardı atıb Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

12/12/2024 12:16

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.