Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Balıqdan zəhərlənmənin qarşısını necə alaq?

Balıqdan zəhərlənmənin qarşısını necə alaq?

15/10/2024 14:35
Share Facebook Telegram WhatsApp Copy Link

Mövsümünün başlanması ilə istər bazarlarda, istərsə də marketlərdə bir-birindən fərqli görünüşə, dada və qiymətə malik balıqlar piştaxtalarda yer alıb. Balığın daha çox istehlak edildiyi “r” olan aylarda zəhərlənmə halları da baş verir. Balıqdan zəhərlənməmək üçün nə edək?

Liman.az bildirir ki, bu barədə Trend-ə danışan toksikoloq Aynur Məmmədova bildirib ki, balıqdan zəhərlənmə halları, adətən, məhsul köhnə olanda olur.

“Təzə balıqdan zəhərlənmələrə çox nadir hallarda rast gəlinir. Balıqdan zəhərlənmə o vaxt olur ki, balıq sudan çıxarılandan sonra uzun müddət soyuducudan uzaq saxlanılır, yol gəlir, içəridən iylənməyə başlayıb xarab olur. Bu balıqlardan istifadə edildikdə zəhərlənmə baş verir. Buna da toksikoinfeksiya deyilir. Həmin vaxt xəstədə ürəkbulanma, qusma olur”, – o qeyd edib.

Həkim bildirib ki, zəhərlənmələr, əsasən, hisə verilmiş balıqlardan olur:

“Ev şəraitində, kustar üsulla hazırlanan hisə verilmiş balıqlardan botulizm deyilən ağır qida zəhərlənməsi baş verir. Bu halda 60-70%-dən çox xəstələrdə ölüm hadisəsi baş verir. Botulizmin ilkin əlamətləri halsızlıq, ağızda quruluq, qusma, xəstədə iki görmə, tor görmə, danışığında problemlərdir. Bu əlamətlər olarsa, xəstəxanaya müraciət olunmalıdır. Dərhal xəstəyə botulizm əleyhinə zərdab vurulmalıdır. Mütləq həkim nəzarətində qalmalıdır. Belə xəstələrin ev şəraitində müalicəsi ölümlə nəticələnə bilər”.

O vurğulayıb ki, balıqdan zəhərlənmənin qarşısını almaq üçün təzə balıq mütləq soyuducuda, buzlu yerdə saxlanılmalıdır. Əgər soyuducusuz şəraitdə daşınırsa, mütləq balıq təmizlənməlidir.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

80 qəpiyə satılan məhsulun möcüzəvi faydaları

27/11/2024 15:40
Şux qalın

Streslə effektiv mübarizə – 4 vacib məsləhət

11/11/2024 09:58
Şux qalın

Ağızdan gələn qoxu, həll yolu, pis iyi aradan qaldırmaq

04/11/2024 16:35

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.