Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Cırtdan-pəhləvan” filminin səhnə təsviri

“Cırtdan-pəhləvan” filminin səhnə təsviri

20/08/2024 20:33
Share Facebook Telegram WhatsApp Copy Link

Azərbaycan Animasiya Assosiasiyası sosial media hesabında rəssamı Elçin Hami Axundov olan “Cırtdan-pəhləvan” (1981) filminin səhnə təsvirini (raskadrovka) paylaşıb.

Paylaşımda “Azərbaycan animasiyası” kitabına istinadən çex rejissor-animator Karolina Çijkovanın sözlərindən sitat gətirilib.

“Rəsmli cizgi filmlərindən yaxşı tanıdığımız çex Krteçek (Köstəbək) obrazı tipik nümunədir. Onun təsviri ilkin kitab illüstrasiyaları ilə asanlıqla müqayisə olunur. Bu illüstrasiyalara illər keçdikcə əlavələr edilir, lakin dəyişməz təsviri yanaşma saxlanılır. Belə ki, Krtek çex cizgi filminin, daha dəqiqi isə bütün çex animasiya filminin ikonasına çevrilir. Lakin bir neçə il öncə, müəllifin, Zdenyek Millerin ölümündən sonra, bu personajın müəllif hüquqlarının bir hissəsi başqa şəxsin əlinə keçir. Çox keçməmiş Krtek 3D rəqəmsal formatına salınır. Bu təsvirin ilkin forma ilə uyğunluğu minimuma enir və birdən ekranda süni bir obraz görürsünüz, bu obraz sizə uşaqlığınızdan bulanıq, tam aydın olmayan birini xatırladır. Buna görə də müasir texnoloji imkanlara baxmayaraq, Cırtdanın rəsmli, müstəvi formasında qalması fikrinin tərəfdarıyam. Şübhəsiz bəzi çex personajları çex xalqı üçün mədəni irs hesab olunduğu kimi, Azərbaycan cəmiyyəti üçün də Cırtdan personajı bu xalqın folklorunun mühüm parçasıdır. Buna görə də Azərbaycan mədəniyyətinin bu və ya digər fantastik əsərləri ilə daha məsuliyyətli və həssas davranılmalıdır.

Azərbaycan animasiya yaradıcılığının son illər bir qədər durğunluq dövrü keçirməsinə və digər ölkələrlə müqayisədə inkişafının çox aramla getməsinə baxmayaraq, əminəm ki, 70 və 80-ci illərin irsindən, keyfiyyətindən qaynaqlanmaq və Azərbaycan animasiyası üçün özünəməxsus, xarakterik bir üslub yaratmaq olar. Ümidvaram, növbəti illər ərzində gənc animator və rəssamlar nəsli bunun üçün əllərindən gələni əsirgəməyəcək, Azərbaycan cizgi filmi yaradıcılığına yeni nəfəs verəcək və bu yaradıcılığın digər xalqların yaradıcılıqlarının kölgəsində qalmasına imkan yaratmayacaq”.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Yaradıcılıq

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20
Yaradıcılıq

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi?

11/12/2024 17:35
ƏSAS MANŞET

Vəfatından 13 il sonra bəraət alan yazıçı – Onu kim satmışdı?

27/11/2024 09:47

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.