Ölkə
28.09.2026 | 20:54 20

Azərbaycanın qeyri-adi təbiət möcüzəsi turistləri heyrətləndirir

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.

Mediatur zamanı jurnalistlər kompleksdə yaradılan turizm infrastrukturu ilə tanış olub, palçıq vulkanları, burada təqdim olunan sərgilər və turistlər üçün yaradılan imkanlar barədə məlumat alıblar.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 2024-cü ilin iyununda fəaliyyətə başlayan kompleks paytaxta gələn turistlərin maraq göstərdiyi əsas turizm məkanlarından birinə çevrilib.

Kompleksdə Turizm İnformasiya Mərkəzi, palçıq vulkanları və minerallara həsr olunmuş sərgi zalı, dulusçuluq və neftlə rəsm master-klaslarının keçirildiyi emalatxana, həmçinin Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nümunənin nümayiş etdirildiyi Təbiət Tarixi Sərgi Zalı fəaliyyət göstərir.

Turizm Agentli

Burada turistlər “Qılınc” palçıq vulkanının 8 sopkasını və neft püskürən vulkanı yaxından müşahidə edə bilirlər. Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanlarından biri olan “Torağay” vulkanı isə kompleksdən kənardan izlənilir. Onun hündürlüyü 402 metr, diametri isə 150 metrdir.

M.Ağabəyli qeyd edib ki, palçıq vulkanlarının ətrafında turizm infrastrukturunun yaradılması həm bu unikal təbiət hadisələrinin tanıdılmasına, həm də onların təbiət irsi kimi təbliğinə xidmət edir.

Rəqəmlər də kompleksə olan marağın miqyasını göstərir. 2026-cı ilin yanvar-avqust aylarında Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 28 979 nəfər ziyarət edib. Onların 26 235-i xarici, 2 744-ü isə yerli turistlər olub. 798 nəfər kompleksi ödənişsiz ziyarət edib.

Xarici ziyarətçilər 150-dən çox ölkəni təmsil edib. Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları arasında üstünlük təşkil edib.

Ümumilikdə isə 2026-cı ilin ilk 8 ayında Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən qoruq və muzeyləri 432 296 turist bilet alaraq ziyarət edib.

Mediatur çərçivəsində jurnalistlərin sualları cavablandırılıb və kompleksdə təqdim olunan turizm məhsulları nümayiş etdirilib.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN