“İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb. Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilir ki, qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.
Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.
Qurum yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.