sehap iran
Dünya
12.08.2026 | 21:23

SEPAH komandanından XƏBƏRDARLIQ: "İraqdakı qruplaşmaların tərk-silahı İrana zərbə olacaq"

İraqdakı şiə qruplaşmalarının silahlarını hökumətə təhvil verməsi İranın mövqelərinə ciddi zərbə vuracaq.

Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı İsmayıl Qaani bəyan edib.

“İraqdakı qruplaşmaların tərk-silah edilməsi və silahların dövlətin nəzarətinə verilməsi İrana arxadan vurulan zərbə olacaq”, – deyə Qaani bildirib.

Qaani həftənin əvvəlində əvvəlcədən elan olunmamış səfərlə İraqa gedib. Bağdadda keçirdiyi görüşlər zamanı “Qüds” qüvvələrinin komandanı İraq siyasətçilərini şiə qruplaşmalarının silahlarını dövlət strukturlarının nəzarətinə tam şəkildə təhvil verməsi müddətinin təxirə salınmasına razı salmağa çalışıb.

İyunun sonunda İraq hökuməti müəyyən edib ki, sentyabrın sonu ölkə ərazisində fəaliyyət göstərən bütün hərbiləşdirilmiş birləşmələrin silahlarını dövlətə təhvil verməsi üçün son tarix olacaq.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN