Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Kopernik Tusidən təsirlənib? – Fotofakt

Kopernik Tusidən təsirlənib? – Fotofakt

18/10/2024 17:53
Share Facebook Telegram WhatsApp Copy Link

Nəşrə hazırladığımız “Elm tarixi və müsəlman alimlər” kitabından bir hissə. Xatırladım ki, müəllif Cim Xəlili müsəlman deyil, dinsizdir. Lakin bu obyektiv araşdırması heyranedicidir.

“Avropa elminin ən müəzzəm təkanlarından birinin daha əvvəlki müsəlman alimlərinin kəşfləri ilə bağlı olduğunun aşkar dəlilini görmək üçün Şimali İtaliyadakı Padua Universitetindəyəm. Astronom dr. Luiza Picotti ilə bir yerdə 18-ci əsrin rəsədxanasına qalxırıq. O mənə yuxarıda elm tarixindəki ən önəmli kitablardan birini göstərməyi söz verib. Bu kitab 1543-cü ildə polyak astronom Nikolay Kopernik tərəfindən yazılan “De Revolutionibus Orbium Celestium” əsəridir. Bu kitabın əhəmiyyəti çox böyükdür. Bu kitabda Kopernik ilk dəfə dünya da daxil olmaqla bütün planetlərin günəş ətrafında dövr etdiyini müdafiə edir. Min illərlə insanlar çox daha fərqli bir fikrə inanmışdılar.

Dünyanın sabit olduğuna, ulduzlar, Günəş və planetlər də daxil olmaqla hər şeyin onun ətrafında dövr etdiyinə inanırdılar. Bir çox tarixçi Avropa elmi inqilabını Kopernikin başlatdığına inanırlar. Müasir fizikaya yol göstərən ilk önəmli addımlar idi onlar. Amma qəribədir ki, heç kim Kopernikin fikirlərinin haradan əldə etdiyi haqqında çox şey eşitməyib. O bilgilərin heç bir yerdən gəlmədiyi görüntüsü var.

Kopernik bir çox məlumatı götürdüyü IX əsrdə yaşamış müsəlmandan bəhs edir. O insan Şamda yaşayan Battani adındakı astronomdur. Kopernik Battaninin planetlər, Ay və ulduzların vəziyyəti haqqındakı müşahidələrini geniş formada istifadə edib. Suriyalı astronomun latın dilinə tərcümə edilmiş əsərləri üzərində çalışıb.

Kopernikin kitabı digər keçmiş qaynaqları istifadə etdiyini göstərən nüanslarla doludur. Kopernikin adını çəkdiyi tək müsəlman astronom Battani olsa da, yeni təhqiqatlar onun fikirlərinin çoxunun digər müsəlman alimlərin çalışmalarına əsaslandığını göstərir. Bunun ən aşkar nümunəsi XIII əsrdə yaşamış Nəsrəddin Tusinin hazırladığı “Tusi cütü” riyazi fikrindən istifadə etməsidir.

İngiltərədə olduğum zaman Tusinin “Əl-tədhkirə fi ilm əl-həya” adlı əsərinin bir kopyasını Kopernikin “Revolutionibus” adlı əsərinin başqa bir nəşri ilə qarşılaşdırdım. Tusinin əsərində Tusi cütünün bir diaqramı var və bu diaqram Kopernikin kitabında demək olar ki, tamamilə eynidir. Dairələrin üzərindəki nöqtələri işarələyən hərflərə qədər eynidir. Bu diqqət cəlb edən bənzərlikdir. Bu təsadüf də ola bilər, amma hərflərin belə eyni olması ciddi göstəricidir. Əslində mən Kopernikin Tusidən və başqa müsəlman elm adamlarından mütləq xəbərdar olmuş olduğuna inanıram.”

Ziya Balıyev

Liman.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Pozitiv

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30
Pozitiv

“Advent təqvim”lə müştərini sevindirin

11/12/2024 17:19
ƏSAS MANŞET

Kiçik məqsədlər uğur gətirməz: dünyanın ən zəngin adamlarından 20 sitat

30/11/2024 10:36

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.